adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Aprel 2020 14:48
17618
DÜNYA
A- A+

Bu ölkənin 0,1 faizi koronadan öldü

Dünyada tüğyan edən koronavirus epidemiyasının yayılma və ölüm statistikaları aparılır. Ən çox yoluxma və ölüm hallarının yaşandığı ölkələr. Amma unudulan incə xətlər var. Yoluxma və ölüm sayları həmin ölkə əhalisinin neçə faizini təşkil edir? Bu zaman o ölkələrdəki acınacaqlı durumu görə bilərik.

Appenin yarımadasında yerləşən, dörd tərəfdən İtaliya ilə həmsərhəd olan San-Marino bu faizlə dünyada birinci yerdə gedir. 33 min əhalisi olan San Marinoda əhalinin təxminən 1%-nin bu virusa yoluxduğu rəsmi olaraq təsdiqlənib. Indiyə kimi ölkədə koronavirus səbəbindən 34 ölüm faktına rast gəlinib ki, bu da ölkə əhalisinin 0,1%-ni təşkil edir.

Bu statistikada ikinci yerin sahibi İspaniyadır. 47 milyon əhalisi olan ölkədə indiyə kimi 146mindən artıq yoluxma faktına rast gəlinib. 14 mindən artıq insan virusdan həyatını itirib ki, bu da ölkə əhalisinin 0,03%-dən çoxdur.

Üçüncü yerdəsə Avropanın digər kiçik dövləti Andorradır. Cənubdan İspaniya, şimaldansa Fransa ilə sərhədi var. Hər iki qonşu ölkənin virus epidemiyasının mərkəzləri olduğunu söyləyə bilərik. Bütün bunlar kiçik Andorraya da öz təsirini göstərib. 77 min əhalisi olan ölkədə indiyə kimi 545 yoluxma halına rast gəlinib. Ən azı 22 ölüm halına rast gəlinib ki, bu da ölkə əhalisinin təxminən 0,03%-nə yaxındır.

Dördüncü yerin sahibisə İtaliyadır. Hər gün yüzlərlə ölümün yaşandığı ölkədə 135mindən çox insan virusa yoluxub. Indiyə kimi 17 mindən artıq ölüm halına rast gəlinib. Bu da ölkə əhalisinin 0,03%-ni təşkil edir.

Beşliyi isə Belçika tamamlayır. Indiyə kimi 23 mindən artıq yoluxma halına rast gəlinən ölkədə indiyə kimi 2200-dən artıq ölüm yaşanıb. Bu ölümlər ölkə əhalisinin 0,02%-nə bərabərdir.

Emin