QORXU DAHA DƏŞHƏTLİ XƏSTƏLİKDİ
Deməli, belə. Əsrin əvvəlləri. Vəba ilə Qrip yol yoldaşıdılar, hərəsi bir şəhərə gedəcək. Qrip Vəbadan soruşur:
- Sən hara gedirsən?
- Ankaraya.
- Nə qədər adam öldürəcəksən?
- Beş min.
Hər ikisi işini görüb qayıdanda yolda rastlaşırlar. Qrip Vəbaya hirslənir:
- Mənə demişdin beş min adam öldürəcəksən, amma Ankarada altmış min adam ölüb. Namərdlik eləmisən.
Vəba:
- Yox, namərdlik etməmişəm. Mən cəmi beş min adam öldürdüm. Əlli beş min adam qorxusundan ölüb.