adalet.az header logo
  • Bakı 18°C

Yaşlılar - Uğur Dündar yazır

26060 | 2020-04-09 09:40

Biri var imiş, biri yox imiş…

Hər şey adətə uyğun edilərmiş.

Buna görəəldən-ayaqdan çəkilib işə yaramayan yaşlılar bir küncdə ölmək üçün tərkedilirlərmiş.

Adət-ənənəyə uyğun olmayanlar isə cəza olaraqhəyatdan qoparılırlarmış.

Bu sistemin tətbiqi o qədər qatı imiş ki, bunaqarşı çıxmaq heç kimin ağlının ucundan da keçməzmiş.

★★★

Bu ölkədə bir müdrik adam və onun atasını çox sevənbir oğlu varmış.

Adam müəyyən yaşa çatandan sonra oğlu onu çiyninəalıb meşənin dərinliklərində bir yerə gətirib qoyubmuş.

Elə qayıtmaq istəyirmiş ki, "ata, indi geri necə qayıdacam,meşədən necə çıxacağımı bilmirəm” deyə soruşmuş.

Atası "oğlum, sən məni çiynində daşıyarkənağaclardan quru budaqları qırıb keçdiyimiz yerlərə tulladım. Onları izlə,yolunu rahatca tapacaqsan” demiş.

★★★

Oğul öz-özünə "bu adama da pislik etmək olar?” deyibyola düzəlir, rahatca quru budaqları izləyib evinə çatır.

Atasının meşədə aclıq və susuzluqdan ölməyinə razəola bilməmiş, adət-ənənəyə zidd gedərək ona yemək-içmək aparmış.

★★★

Günlər günləri qovarkən oğul hər gedişində atasınıölkədə olub-bitənlərdən xəbərdar edirmiş.

Bir gün dəllallar yollara tökülüb "hər kim ki,toxmaqsız nağara çalmağı bacarsa, hökümdarımız onu vəzir edəcək” deyə bağırmağabaşlamışlar.

Oğul bu söhbəti atasına çatdıran kimi yaşlı adam "bundanasan nə var ki?!” demiş. "Nağaranın içinə arı doldur, hökümdarın hüzurunaçıxanda nağaranı yuvarla, yetər”.

Oğul da atasının dediklərinə əməl eləmiş və vəzirolmuş.

Təbii ki, bunu da atasından öyrəndiyini heç kimədeməmiş.

★★★

Günlər keçmiş, dövran dönmüş, dəllallar yenəyollara tökülüb "hər kim ki küldən xalat düzəldə bilsə, padşahımız ona sədrəzəmedəcək” deyə xalqa xəbər vermişlər.

Təbii ki, oğul yenə atasının yanına getmiş. Müdrik "Oğlum,xalatı daşın üstünə qoyarsan, üstünə də qaz yağı töküb tutuşdurarsan. Al, bu dasənə küldən xələt!” demiş.

Beləcə oğul sədrəzəmliyi də heç kimə qapdırmamış.

★★★

Bir müddət sonra yeni bir xəbər çıxmış:

"Hər kim ki, kağızda od daşıyarsa, kökmdarımızqızını ona verəcək!”

Qoca ölkədə heç kim həll tapmayınca oğul yenəatasının yanına getmiş.

Müdrik adam da həllini ona demiş:

"Çox asandır, oğlum! Kağızdan bir fənərdüzəldərsən, içində də şam yandırarsan. Al, bu da sənə kağızın içində yanan od!”

Oğul bu imtahanı da uğurla keçincə padşah "Sənbunları öz ağlınla həll edə bilməzsən. Sirrini açıqlasan, həm qızımlaevlənəcəksən, həm də heç bir cəza verməyəcəm” demiş.

Atasını çox sevən qədirbilən oğul da hər şeyi açıbdanışmış.

Padşah diqqətlə dinlədikdən sonra "Demək ki,yaşlılarımızın fiziki güclərindən də olmasa, ağıllarından yararlana bilərikmiş” deyə adəti aradanqaldırmış!

★★★

Dəyərli yazar Şadan Gökovalının danışdığı nağıldançıxardığımız nəticə böyük filosof Kantdan gəlsin:

"Yaşlanmaq bir dağa dırmaşmaq kimidir. Çıxdıqcayorğunluğunuz artar, nəfəsiniz daralar, amma dünya görüşünüz artar”.

Gözəl yaşayanlar, gözəl yaşlanarlar...


Dilimizə uyğunlaşdıran: Eminquey

TƏQVİM / ARXİV