adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Aprel 2020 10:58
9124
HADİSƏ
A- A+

Bakıda köhnə hamamdan 41 yaşlı kişinin meyiti tapıldı

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən "Köhnə Hamam" deyilən tikilinin içində kişi meyiti tapılıb.

Adalet.az-ın məlumatına görə, araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib. Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.