İşsizlikdən sığorta ödənişinin verilməsi müddəti uzadılıb
Nazirlər Kabineti "Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” qərar verib.
Adalet.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Digər Xəbərlər
25 Aprel 2024 16:43
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
25 Aprel 2024 16:35İlham Əliyev və Sadır Japarov birgə nahar ediblər
25 Aprel 2024 15:27Dünənki "ağlaşma " farslarla fransızlar qalib olub: Saxtakarların göz yaşları
25 Aprel 2024 15:06Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
25 Aprel 2024 14:51