adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Aprel 2020 21:48
14732
DÜNYA
A- A+

Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatıb

Türkiyədə son 24 saat ərzində daha 76 nəfər yeni növ koronavirusdan (COVİD-19) vəfat edib.

Adalet.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yazıb.

Onun sözlərinə görə, koronavirus qurbanlarının ümumi sayı 725 nəfərə çatıb.

Nazir bildirib ki, ölkədə 3892 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 34109 nəfərə çatıb.