adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Aprel 2020 21:30
9167
HADİSƏ
A- A+

Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb

Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, aprelin 6-da saat 20 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini G.Eminova vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış "İsuzu” markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev saxlanılıb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.