adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Aprel 2020 21:23
22990
ŞOU-BİZNES
A- A+

Həyat yoldaşını qıdıqlamaqla onun həyatını xilas etdi – FOTO

İngiltərənin Bredfordşəhərində ərin zarafatı arvadını ölümdən xilas edib.

Bu barədə "The Sun” xəbər yayıb.

Bildirilir ki, 29 yaşlı Markarvadını qıdıqlayarkən sinəsində noxud boyda şişə toxunub. Lakin fitnes müəllimi olan Ebi Otuey ayağa qalxdıqdan sonra özü bunu müəyyən edə bilməyib. Qadın həkimə müraciət edib.

Şiş o qədər kiçik olub ki, həkimlər əvvəlcə onu müəyyən edə bilməyiblər, lakin sonradan diametri 6 mm olan yeni törəmə aşkarlanıb.

Məlum olub ki, Otueydə onkolojixəstəliyin ikinci mərhələsi başlayıb.

Şiş götürülüb, kimyəvi terapiyaya ehtiyac qalmayıb.

Otuey hesab edir ki, əri onun həyatını xilas edib: "Əgər tənha olsaydım, xərçəng olduğumu gec öyrənə bilərdim”.

Qadın heç vaxt mammoloq qəbuluna getmədiyini vurğulayaraq, qadınları bu səhvi təkrarlamamağavə mütəmadi müayinəyə getməyə çağırıb.