adalet.az header logo
  • Bakı 20°C
07 Aprel 2020 20:19
13826
DÜNYA
A- A+

Lukaşenko Belarusda COVID-19-la bağlı yeni statistikanı açıqladı

Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 7-dərespublikanın səhiyyə sisteminin koronavirusun yayılması təhlükəsinin qarşısının alınmasına hazırlığı barədə məruzə ilə tanış olub.

"Sputnik Belarus” xəbər verir ki, dövlət başçısı Belarusda koronavirusla bağlı statistikanı açıqlayaraq, bunda heç bir "fəlakət” görmədiyini bildirib:

"Bu gün bizdə 794 nəfər xəstəxanaya yerləşdirilib, 31 nəfərmexaniki ventilyasiya aparatına qoşulub. Burda heç bir fəlakət yoxdur”.

Eyni zamanda, Belarusda koronavirusa yoluxanların sayının artmasına diqqət çəkən Lukaşenko bunun qarşısının alınmalı olduğunu deyib.