adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Aprel 2020 18:29
14951
DÜNYA
A- A+

ÜST-dən pandemiya zamanı məhdudiyyətlər barədə çağırış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin ləğvi mərhələli şəkildə həyata keçirilməli və mümkün risklərin dəqiq təhlili ilə müşayiət olunmalıdır.

Trend-in məlumatına görə, bunu ÜST-ün rəsmi nümayəndəsi Kristian Lindmayer deyib.

O bildirib ki, pandemiya bitdikdən sonra məhdudiyyətləri dərhal aradan qaldırmaq tövsiyə olunmur. Bunun üçün yaşayış məntəqələrində, ictimai nəqliyyat kimi yerlərlərdə riskləri təhlil etmək lazım olacaq:

"Pandemiya hər yerdə eyni anda başa çatmayacaq. Hər ölkə və region sosial və fiziki məsafə qaydaları ilə bağlı tədbirlərin azaldılıb-azaldılmaması barədə qərarı özü verəcək”.