adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Aprel 2020 08:50
22541
GÜNDƏM
A- A+

HƏYAT BƏXŞ EDƏN BİTLƏR

Birinci Dünya müharibəsi zamanı tüğyan edən tif epidemiyasını Polşalı bioloq Rudolf Vayql bədən( paltar) bitlərini öz qanıyla qidalandıraraq peyvənd əldə etdi və dünyanı bu bəladan xilas etdi.

Rudolf Vayql 1883-cü ildə o vaxtki Avsro-Macarıstan imperiyasının Moraviya əyalətində doğulub. 1907-ci ildə Yan Kazemir universitetinin biologiya fakultəsini bitirdikdən sonra tanınmış bioloq Juzef Nussbaum-Hilloroviçin assistenti kimi fəaliyyətə başlayıb.

1913-cü ildə zoologiya və anatomiya üzrə dosent adını aldıqdan sonra 1-ci Dünya müaribəsinin başlaması ilə Pinemusla labaratoriyasında parazitoloq kimi tif xəstəliyinin müalicəsi araşdırılmaların aparılması üçün hərbi xidmətə çağrılır.



Müharbə vaxtı çox geniş yayılmış tif epidemiyası avropanı cənginə almışdı. Təkcə Polşa və Rusiyada 30 milyondan çox insan bu xəstəliyə düçar olmuşdu ki, onlarında 3 milyon 500 mini həyatını itirmişdi. Müaıicə üçün heç bir əlac tapılmırdı. Epidemiyanın törədicisinin tapılması işi çox ləng gedirdi.
"Provaçekin riyakarı" bakteriyasını müəyyən edən çexiyalı bioloq Stanislav Provaçek Xotevuzda yerləşən rus hərbi əsir düşərgəsindəki epidemiya ilə mübarizə labaratoriyasında mübarizə apardığı xəstəlikdən 1915 -ci ildə vəfat etmişdi.



Ciddi çalışmalara baxmayaraq epidemiyaya qarşı peyvənd hələdə tapılmırdı. Yalnız 1920-ci ildən Vayqlın professor kimi fəaliyyətə başladığı YanKazemir universitetində tif və virusların öyrənilməsinə başladıqdan sonra ümidverici nəticələr əldə olunmağa başladı.

Tifə qsrşı mübarizə üçün zəifləndirilmiş "Provaçekin riyakarları"- bədən bitlərindən istifadə olunmalıydl. Tif bakteriyalarının yalnız canlı toxumaların içərisində yaşaması işləri çətinləşdirirdi. Bu bakteriyaların labatatoriya heyvanları üzərindəki sınaqlarıda zəif nəticələr verirdi.
Hələ 1909-cu ildə müəyyən olunmuşdu ki, tif epidemiyasının yayılmasının əsas səbəbkarı bədən bitləridi. Vayql riyakar bakteriyanı bitlərin mədəsinə yerləşdirməklə nəticə əldə etməyə çalışırdı. 

Amma necə?

Vayql özünün yaratdığı mikroskopik qlizma ilə bakteriyasını bitlərin mədəsinə yeritdi. Texnalogiya bəhrəsini verdi. Lakin başqa problemlər ortaya çıxdı. Bitlər dəniz pişiklərinin qanında inkişaf etsələrdə nəticələr zəif alınırdı, istənilən effekti vermirdi. Yüksək nəticə əldə etmək üçün insan qanında istifadə etmək lazım idi.



Vayql birləri öz qanıyla "yemləməyə" başladı. Bunun üçün özünün taxtadan düzəldiyi xüsusi yeşikciklərə bitləri doldurdu. Bitlər sərbəst şəkildə qutucuqlardan onun qanını sormağa başladı. 400-800 arası qutucuqlara doldurulan birləri sonradan lavaratoriyanın işçilərinə və həyat yoldaşı  Sofiyaya 
da qoşdu.

Bitlər tam doydurulduqdan sonra onları fenol qarışığlnda öldürdü. Onların mədəsindən qarışıqlıqlardan pasta hazırlandı və bu pastadan peyvənd hazırlandı.

1930-cu ilin əvvəllərində Vayqlın institutu peyvənd istehsalına bsşladı. İlkin olaraq peyvənd belçikalı missionerlər vasitəsi ilə Cində sınaqdan keçirildi. Sınaq yüksək nəticə verdi. Yerıi əhali arasında yayılan epidemiyanın qarşısı alındı. Vayqlın peyvəndi eyni zamanda Afrika ölkələrindəki sınaqlarıda yüksək effekt verdi.



1938-ci ildə Belçikanın "Kral Leopart" və Roma Papası XI Piy ordeni ilə təltif olundu. O, Nyu-York və Belçika Elmlər Akademiyalarının fəxri üzvü seçilldi.Vayql institutu tiflə mübarizə mərkəzi sayılmaqla, dünya üzrə məhşurluq qazandı.

1939-cu ildə Polşanın bölünməsi ilə sovetlərin nəzarətində qalan Lvov şəhərində yerləşən labaratoriyanın, Ukraynanın o vaxtki birinci katibi Nikita Xruşovun təklifi ilə Moskvaya köçürülməsu təklifi qəbul edilmədi. Vayql Xruşovu labaratoriyanın Lvovda daha səmərəli işlər görə biləcəyinə inandıra bildi.



1941-ci ildə almanlar Lvovu işqal etdikdən sonra tif və virusologiya institutu faşistlərin nəzarətinə keçdi. Vayqla tif əleyhinə kütləvi peyvənd hazırlaması əmri vetildi. Vayql sərbəst şəkildə donorların bu işə cəlb olunması şərti ilə razəlıq verdi. Ona bu şərtlərlə işləməyə icazə verildi..

Vayql şəhərin ziyalıları-akademikləri, professorları və digər təbəqələrdən olan insanları ( onların əksəriyyəti yəhudi idi) "işə cəlb etməklə" əsir düşərgələrindən, ölümdən xilas elədi.



1944-cü ilin iyul ayında Lvov şəhəri sovet ordusu tərəfindən azaf olunduqdan sonra Vayql öz institutunu Polşanın mərkəzində yerləşən Krakova şəhərinə köçürür. Daha sonra 1951-ci ilədək, təqaüdə çıxana qədər Poznan şəhərindəki Universitetdə işləyir. 1957-ci ildə vəfat edib.

İki dəfə "Nobel " mükafatına layiq görülən Rudolf Vayqla 1942-ci ildə almanlar ( ari irqə mənsub qanın yoxlanmadından imtina etdiyi üçün), 1948-ci ildə isə kommunistlər ( müharbə vaxtı almanlarla işbirliyində olduğu üçün) mane olub.

Aleksey Surin
Jewish.ru

Bəzi ixtisarlarla rus dilindən tərcümə etdi: 
Rüstəm  Hacıyev