adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Aprel 2020 16:23
19703
İDMAN
A- A+

UFC döyüşləri özəl adada keçirilə bilər

UFC koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda fəaliyyətini davam etdirmək niyyətindədir.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

UFC prezidenti Deyna Vayt döyüşlərin təşkil olunması üçün özəl adalardan birinin sahibləri ilə müqavilə imzalamağa yaxın olduqlarını açıqlayıb.

Hazırda döyüşlərin təşkil olunmasının qarşısında ən böyük əngəl olaraq idmançıların adaya gətirilməsi – logistika məsələləri göstərilir.

Döyüşlərin artıq aprelin 18-də başlanması gündəmdədir.