adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Aprel 2020 16:15
9940
SAĞLAMLIQ
A- A+

Koronavirusun müalicəsi üçün antibiotiklərdən istifadə etmək olar?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus xəstəliyinin profilaktikası və müalicəsi üçün antibiotiklərin effektiv olub-olmamasına dair məsələyə aydınlıq gətirib.

Qurumun məlumatında qeyd edilib ki, koronavirusun müalicəsində antibiotiklər effektiv deyil:

"Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. COVID-19 virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir.

Koronavirusun profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir”.