adalet.az header logo
  • Bakı 16°C
08 Aprel 2020 08:54
26009
ŞOU-BİZNES
A- A+

Şəbnəmdən məsuliyyətsiz addım: Buna görə günahlandırıldı

Son günlər oğlu Əlinin və üzünü göstərmədiyi "müəmmalı ər”inin fotolarını tez-tez paylaşmaqla məşğul olan müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədə bu dəfə də Əli ilə birlikdə görüntülərini paylaşıb.


Adalet.az xəbər verir ki, müğənni ötən gün marketdə alış-veriş zamanı çəkdirdiyi videonu instaqram hesabında paylaşıb. Videoda Şəbnəm maska, əlcək hətta eynəkdən istifadə etdiyi halda, Əliyə heç nə geyindirməyib. Müğənni oğlunun maska və əlcək geyinmədiyini qeyd etsə də, izləyicilərin tənqid atəşinə tutulub. Belə ki, izləyicilər müğənnini hazırkı vəziyyətdə uşaqla marketə getməsini və özü hərtərəfli qorunsa da, övladını maskasız və əlcəksiz çölə çıxartmasını uyğun hal hesab etməyərək onu günahlandırıblar.


Əntiqə Rəşid