adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Aprel 2020 08:15
17060
GÜNDƏM
A- A+

BAŞ NAZİR ƏLİ ƏSƏDOV CƏNABLARINA

Hörmətli Baş nazir!

Baş Nazirliyin Operativ Qərargahının qəbul etdiyi qərarların hamısı millətimiz üçün çox vacibdi və qəbul edirik, eyni zamanda da dəstəkləyirik və təbliğ edirik.

Hörmətli Baş nazir!

Amma bəzi məsələlər var ki, bu narahatlıq doğurur. Əvvəla, birincisi odur ki, müəyyən boşluqlar yaranıb, onun bircəciyini nəzərinizə çatdırıram. Məsələ belədir ki, evlərdə kimsəsizlər var və ya qulluğa ehtiyacı olanlar var. Üç gündür bizə çoxlu müraciətlər daxil olur. Bunlar həm evdə qulluğa ehtiyacı olanlardı, həm də onlara qulluq edən xidmətçilərdi. Bəli, müəyyən şərtlər var, amma o şərtlərdə elə şeylər yazıblar ki, məsələn, evdə tək qalanlara qulluq eləyənlərin tibbi təhsili olmalıdır. Bu adamlar qulluq etdiyi şəxslərə müəyyən məsələlərdə qulluq edirlər, əgər həmin yaşlı adamların tibbi ehtiyacı varsa, onlar təcili yardıma müraciət edib həkim çağıra bilərlər. Təbii ki, həmin həkimlər və tibb bacıları onlara bütün günü qulluq etməyəcək.

Bu məsələyə bir aydınlıq gətirin.

Misal üçün, Məmməd Arazın həyat yoldaşının 87 yaşı var və qulluğa ehtiyacı var. Övladlarının ona qulluq etməsi üçün SMS-lə iki saat icazə ala bilərlər. Bəs, qalan vaxt həmin 87 yaşlı qarıya kim baxmalıdır? Ona görə də onu qulluqçu tutmuşuq.

İndi həmin qulluqçuya onun yanına getməsi üçün tələb olunan sənədləri üç gündür düzəldə bilmirik.

Ya ona, ya da onun kimilərinə dövlət tərəfindən qulluqçu göndərin, ya da bu məsələni çözün. Və onun timsalında həmin xanıma qulluq edən ərindən ayrılmış iki uşaqlı bir xanımdır və həmin evdən aldığı maaşla dolanır. İndi o xanımın taleyi necə olsun?

Xahiş edirəm, aydınlıq gətirəsiniz.

P.S. Deyə bilərsiniz ki, niyə özünüz qulluq etmirsiniz? Biz birtəhər yoluna qoyuruq, amma hamının buna gücü çatmır axı.

Hörmətlə:

Məmməd Arazın ailəsi