adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
08 Aprel 2020 08:50
30457
ŞOU-BİZNES
A- A+

COVID-19 yoluxan Türkiyəli məşhurlar: Baş ağrısı, burun tutulması, hərarət…

Türkiyənin tanınmış sənətçilərindən bir neçəsinin 2020-ci ilin qorxunc epidemiyası olan koronavirusa yoluxduğu haqqında məlumatlar hazırda Türkiyə mətbuatının gündəmini zəbt edib.

Adalet.az xəbər verir ki, bütün dönəmlərin sevilən "İmperator”u İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs koronavirusa yoluxub. "Instagram” hesabından canlı yayımda D.Tatlısəs deyib ki, oynaqağrıları, dadbilmə və hissiyyatın itməsinə görə verdiyim COVID-19 testinin nəticələri pozitiv çıxdı. Uzun zaman birlikdə yaşadığı sevgilisi Levent Dörtlerin koronavirusa yoluxmasından sonra "Instagram”da canlı yayıma çıxan müğənni halsızlıq hiss etdiyini, dərman qəbul etdiyini, tərlədiyini,nəfəs alarkən çətinlik çəkdiyini vəxəstəliyə yoluxmaqdan qorxduğunu bildirmişdi.

Türkiyənin daha çox seriallardan tanınan aktrisası Cansın Çekili də bir neçə gündür koronavirusa yoluxma səbəbi ilə karantindədir. Aktrisa artıq yaxşılaşmaq üzrədir. O, özünün sosial media hesabında bu barədə məlumat verib və tamaşaçılarını özlərini qorumağa səsləyib:"Müalicəm davam edir. İnanın ki, sağalmaq üçün çox çalışıram. Xahiş edirəm, lazım olmadıqca evdən çıxmayın. Məsafəni hətta bir evdə yaşadığınız insanlarla da qoruyun. Həqiqətən, bu, çox vacibdir”.

18 gündür evdəkarantində olan türkiyəli müğənni Esra Balamir bu müddətdə başına gələnləri danışıb. "Kanal D”də yayımlanan "Neler oluyor hayatta” verilişinin canlı yayımına bağlanan Balamir koronavirusla bağlı izləyiciləri maraqlandıran suallara aydınlıq gətirib. Onun dediyinə görə, əvvəlcə qrip olduğunu sanıb: "İki-üç gün qızdırmam oldu. Testim pozitiv çıxdı. Amma öskürmə olmadı. Sadəcə, hərarət və burun tutulması, arada da baş ağrısı”. Müğənni tibb işçilərinin onunla maraqlandığını, dərmanlarını evinə gətirdiklərini, hər beş gündən bir yenidən test edilməli olduğunudeyib. Bu aralar heç kimlə ünsiyyət saxlamayan, evə də kimsəni çağırmamasına rəğmən, virusa yoluxduğunubildirən müğənni insanların bu qədər rahat olmasına təəccüblənir.O, vəziyyətinin getdikcə yaxşılaşdığını qeyd edib və iki gün sonra verəcəyi testin mənfi nəticə göstərəcəyinə ümid etdiyini bildirib.

Bilirsiniz ki, ABŞ-da 336,830 insan koronavirusa yoluxub, 9618 nəfər bu virusdan dünyasını dəyişib Uzun müddətdir ABŞ-da yaşayan Yeşilçam aktrisası Ahu Tuğba koronavirusla bağlı danışarkən söyləyib ki, pulun varsa sağalırsan, yoxdursa, küçədə ölürsən, meyitini də yandırırlar:"ABŞ-da pulun yoxdursa, küçədə ölürsən, meyitini də yandırırlar. Qonşumuz xəstəxanaya getmişdi, kilsə xəstəxanasıydı, baxmadılar, 3 gün gözlətdilər",

P. S. Yanmaq istəməyənlər evdən çölə çıxmasın, özünü və sevdiklərinizi qoruyun!

Əntiqə Rəşid