Əbülfət MƏDƏTOĞLU: GEDİM
Bir ürəklik təbəssüm ver,
Sənin ilə bölüm, gedim...
"Can!" sözünü dilə gətir ,
Qoyma belə, ölüm, .. gedim!
Gecə-gündüz qarışsın ha,
Küsən kimdi, barışsın da!
Dur pəncərə qarşısında -
Gözlərini görüm, gedim!..
Əl açmışam mən, Allaha
Məndən yaxın sən Allaha!
Öpüb . batmaram günaha ,
Saçlarını hörüm, gedim!..
Göynə, ha ürəyim, göynə
İşim yoxdu, yerlə, göylə!
Əbülfətə "yarım!" - söylə -
Gülə, gülə dönüm, gedim!"..