adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Aprel 2020 22:00
12747
HADİSƏ
A- A+

Neftçalada su kanalında batan ata və oğlunun meyiti tapıldı

Neftçala rayonunun Astanlı kəndində, "Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.