adalet.az header logo
  • Bakı 12°C
06 Aprel 2020 18:28
8235
GÜNDƏM
A- A+

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların qrafikində dəyişiklik edilib

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.

QSC-dən Adalet.az-a verilən məlumata görə, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir. Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq.