Osmanlı tarixçisi yazır: Qəhvə və tütün

23790 | 2020-04-06 14:49

Əzizoxucularım, Rəcəb bəy bir müddət əvvəl böyük bir layihəsini(!) açıqlamışdı.

Hər məhəllədəqiraətxanalar olacaq və orda pulsuz çay, keks paylanacaqdı.

Amma olmadı,edə bilmədi!

Indi bu möhtəşəmfikrin Osmanlı dövründə necə və nə zaman həyata keçdiyinə nəzər salaq.

O zaman qiraətxanalardaçay və keks yox idi. Tarixçi Peçevi İbrahim Əfəndi 1600-cü illərdə yaşamış vəbir çox hadisələrə şahidlik etmişdi. Həm öz dövründə, həm də özündən əvvəlyaşanan hadisələri sənədlər və şahidlərlə qeydə alıb.

Mədəniyyət Nazirliyitərəfindən illər öncə bu qeydlər "Peçevitarixi” adıyla iki cilddə dərcolundu. Kitabda qələbələrə, məğlubiyyətlərəvə paytaxt İstanbulda yaşanan hadisələrə geniş yer verilib. Araşdırmaçılığındanirəli gələn bacarığı ilə bir çox sosial olaylara da işıq tutub. Məsələn, qəhvəOsmanlı imperiyasında ilk dəfə nə zaman ortaya çıxdı, tütün necə gəldi...

Sözü Peçeviyəburaxıram. Heç olmasa korona bəlasından bir neçə dəqiqə uzaqlaşmış olarsınız.

1554-cü il.Bu tarixə qədər İstanbulda və bütünlükdə Rum vilayətində( Rumeli və Anadolu) qəhvəvə qəhvəxana yox idi. Hələbdən Hakem adlı bir nəfərlə Dəməşqdən gələn Şəms adlıbirisi Tahtekalada açdıqları bir dükanda qəhvə satmağa başladılar.

Ziyalı təbəqəsindənbəzi adamlar buraya gələrək qəhvə içib 20-30 nəfərlik görüşlər keçirməyəbaşladılar. Kimisi kitab və yazılar oxuyur, kimisi isə nərd və şahmatoynayardı. Bəzən yeni yazılmış qəzəlllər gətirib şeirdən, ədəbiyyatdandanışırdılar. Ziyafətlər üçün böyük pullar xərcləyən insanlar bu bədxərclikdənqurtulmağın yolunu tapdılar. Bir-iki akça qəhvə xərci çəkib bu görüşlərin səfasınıçəkməyə başladılar. Iş o yerə çatmışdı ki, işindən çıxarılaraq yeni təyinatgözləyən məmurlar, din xadimləri, işsiz-gücsüz bekar adamlar vaxtını keçirməküçün qəhvəxanalara getməyə başladı. Beləcə qəhvəxanalar dolub-daşdı, hətta boşyer belə qalmadı. Yüksəkçinli məmurlardan başqa hər kəs buralara müntəzəm gəlirdi.Imamlar, mollalar da xalq qəhvəxanalarına dadandı. Buna görə kimsənin məscidəgetmədiyi şaiyələri yayılmağa başlandı.

Din xadimləriisə "Günah yuvasıdır, qəhvəxanaya getməkdənsə meyxanaya getmək daha yaxşıdır”kimi sözlər dedilər. Müftilərsə yanaraqkömür halına gələn bir şeyin haram olması haqqında fətva verdilər.

SultanMuradın dövründə qəhvə qadağan edildi. Amma yenə də qarşısını ala bilmədilər. Bəziinsanlar künc-bucaqda gizli qəhvəxanalar işlədirdi. Daha sonra xüsusi icazələralındı və qəhvədən imtina edilmədi. Beləcə qadağalar götürüldü. Müftilərsə"kömür dərəcəsində yanmır, içilməsində problem yoxdur” dedilər. Din xadimləri,şeyxlər və vəzirlər gəlir əldə etmək üçün qəhvəxanalar açdılar.

Peçeviİbrahim Əfəndi kitabında tütündən də bəhs edir. Bu hissənin adı” Pis qoxulu vəsəhhətə zərərli tütünün ortaya çıxması”dır. Eynən indiki kimi. Çəkənə və ətrafındakılarazərər verən, bir çox hallardasa bəzi yerlərdə qadağan edilən bir şey...Oxuduqcagünümüzlə eynilikləri görəcəksiniz.

Peçeviyazır:

"Tütünü İstanbula 1600-cü ildə ingilis kafirlər gətirdilər.Bunu xəstəliklərin dərmanı adıyla satmağa başladılar. Kefə düşkün insanlar həzzalmaqçün çəkməyə başladılar. Yavaş-yavaş bu vərdiş başqlarına da keçdi. Həttaüləmalardan və dövlət vəzifəlilərindən də bu insanların arasında olanlar vardı.Qəhvəxanalar tütün çəkilməsinə görətüstü ilə dolurdu və göz gözü görmürdü. Bazar və yarmarkalarda qəlyan əllərindəndüşmürdü. Bir-birinin üzünə üfürə-üfürə, tütünə həsr olunmuş mənasız şeirləryazır və oxuyurdular. Tütünün qoxusu həmin adamın saqqalına, üzərindəki geyimə,evinə kimi hopurdu. Yuxudan oyandıqdan sonra bu qoxunun damağa pis təsiretdiyi, çox çəkiləndə insanın yorğun, iş görməkdən məhrum olacaq duruma salan zərərləribilindiyi halda bunun xeyri nədir soruşulanda "Sadəcə bir əyləncədir” deməkdənbaşqa bir cavab tapa bilmirdilər.

Halbukibunda heç bir zövq yoxdur və böyük günahlardan sayılmalıdır. Hər şey bir yana siqaret çəkilməsi İstanbuldabir neçə dəfə böyük yanğınlara səbəb olmuşdu.Bir çox insansa bu yanğınlarda həlak oldu.

Amma bəzigecə işlərində yuxu qaçırmaq xeyrini inkar etmək olmaz. Bir də yüksək rütubətliyerlərdə quruluq gətirir. Amma belə kiçik xeyrinə görə bu qədər zərərlərə dözməknə ağla yatır, nə də adətlərimizə uyğundur.

1635-ci iləqədər tütün o qədər məşhurlaşdı ki, bunu anlatmaq çox çətindir. Allahpadşahımızın ömrünü artırsın, ondan razı olsun ki, bütün Osmanlıda bütün qəhvəxanalarıbağlatdırıb və tütün çəkilməsini qadağan edib.”

O illərdəsiqaret hələ yox idi, amma tütün düşməni tarixçi Peçevi İbrahim Əfəndininyeşilaycı( tütün və narkotik çəkilməsinə qarşı olan) olduğu məlum olur.

Dilimizəuyğunlaşdıran: Emin Piri

TƏQVİM / ARXİV