adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Aprel 2020 14:27
7304
SAĞLAMLIQ
A- A+

Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər

Bütün ölkələrin birgə səyləri ilə belə yeni növ koronavirusu tam məhv etmək mümkün olmayacaq.

Trend-in məlumatına görə, bu fikri ABŞ-ın Allergiya və İnfeksiya Xəstəlikləri Milli İnstitutunun direktoru Entoni Fauçi səsləndirib.

O, virusun tam yoxa çıxması ehtimalının az olduğunu vurğulayıb:

"Bununla belə, virusa qarşı qlobal mübarizə vacibdir. Əgər dünya səviyyəsində nəzarət ələ alınmasa, koronarivus mövsümi xarakter daşıya bilər”.