Faiq QİSMƏTOĞLU: ERMƏNİLƏRİN ÖLDÜRƏ BİLMƏDİYİ POLİS POLKOVNİKİ

FAİQ QİSMƏTOĞLU
56356 | 2020-04-06 13:20

... Onunlanə az, nə çox düz 25 ildir dostluq eləmişik, duz-çörək kəsmişik.Və bu müddətdəonun necə böyük vətənpərvər, xalqını sevən və qürurlu insan olduğunun dəfələrləşahidinə çevrilmişəm. Bu adam vətəni, torpağı və elini-obasını balalarından çoxistəyir. Bu adam düz 25 il Füzuli rayonunda yaşayıb və çalışıb. Və bu adamFüzuli rayon Polis Şöbəsinin rəis müavini və rəisi vəzifəsində çalışıb.

Onunla məniistedadlı jurnalist və bu gün də AzTV-də çalışan Faiq Sadıqov 1991-ci ilinavqust ayında tanış edib. Elə birinci dəfəgörən kimi bir-birimizə qanımız qaynadı. O vaxt Faiq Sadıqov "Ədalət”inQarabağ üzrə xüsus müxbiri vəzifəsindəişləyirdi. Gedib üç qardaş bir yerdə oturduq, çörək kəsdik, bax, beləcə,dostluğumuz başladı.

... 1991-ciildə müharibənin ən şiddətli vaxtlarınaqədər mən tez-tez Füzuliyə gedərdim. Və orda da bir neçə yaxın dostum olaninsanlarla görüşüb səngərə gedər və sonra da xəbərlər, reportajlar, müsahibələrhazırlayardım. Bəzən elə olurdu ki, 10 gündən bir torpaq məni özünə çəkərdi. Vəonda da Füzuli şəhərinə düşən kimi Füzuli rayon Polis Şöbəsinin rəisi Binnət Məmmədovlagörüşərdim. Döyüşün ən ağır, ən çətin məqamlarında özü birinci öndə gedərdi. Vəarxasınca da digər polislər gələrdilər. 1992-ci ilin aprelində Füzulinin birneçə kəndi işğal olundu. Hətta şəhərin yaxınlığındakı Məngələnata yüksəkliyiermənilər tərəfindən ələ keçirildi. Az qalırdı ki, ermənilər Füzuli şəhərini işğaleləsinlər. Bax, həmin vaxt mən də özümü rayona çatdırdım və həmin döyüşdəoldum.

Heç vaxtyadımdan çıxmır, Məngələnata yüksəkliyi ermənilərdən azad ediləndən sonra bizimdöyüşçülər və eləcə də polis əməkdaşları necə böyük sevinc yaşayırdılar. Hamı bir-biriniqucaqlayıb göz aydınlığı verirdi. Onda sevincindən ağlayan Binnət müəllimin dəgöz yaşlarını gördüm. Və bu göz yaşları bizim hər birimizi kövrəltdi...

Ermənilərhəmin dövrdə iki polis rəisinin məhv edilməsi üçün külli miqdarda vəsait ayırmışdılar: Onun biriCəbrayıl rayonunun polis rəisi Rəşid Məmmədov idi, biri də Füzulinin polis rəisiBinnət Məmmədov! Səhv eləmirəmsə, hər ikisi üçün milyondan çox pulayırmışdılar. Amma nə Rəşid müəllim, nə də Binnət müəllim asanlıqla düşmənə canverən deyildilər. Hər ikisi ilə tez-tez görüşərdim. Və bir dəfə də Rəşid Məmmədovlagörüşüb Füzuliyə qayıtdım. Aprel ayı idi, vəziyyət də yenə ağır idi. Binnət Məmmədovdedi ki, Aşağı Veysəlliyə gedirəm, qorxmursansa, gəl min "Niva”ya, gedək. Mənədə əlavə bir avtomat verdilər. Sürücü, Binnət müəllim və mən Aşağı Veysəlliyəçatdıq. Ermənilər Qızılqayadan bizigördülər və gülləni bizə yağışkimi yağdırdılar. Sürücü cəld tərpənibmaşını bir təpənin dalına verdi və biz hər üçümüz "Niva”da tullanıb təpəninarxasında mövqe tutduq. Nə az, nə çox, atışma düz bir saat davam elədi. Hətta"Niva”ya da güllələr dəymişdi. Həmin anda da Binnət müəllim özü haqqında deyil,mənim sağ qalmağım barəsində düşünürdü. Dedi ki, nahaq yerə səni gətirdim. Birdənbir şey olar, balalarımın yanında üzüqara qalaram. Gördü ki, qorxmuram, ürəkliyəm,bir qədər sakitləşdi. Axşama qədər həmin təpənin arxasında gizləndik. Ermənilərelə bildi ki, bizi öldürüblər...

...Qaranlıq düşəndə maşının işığını yandırmadan sürücü sükan arxasına keçdi və yavaş-yavaşo təhlükəli yerdən uzaqlaşdıq. Dodağım qurumuşdu. Elə bil bir balaca qorxuhissi keçirmişdim. Bunu dostum Binnət müəllim də hiss eləmişdi. Sonra zarafatladedi ki, bu gün bizim yenidən anadan olduğumuz gündü. Yoxsa, üçümüz dəölmüşdük. Bizi Allah qorudu...

... Hərdöyüşdə onu Allah qoruyurdu. Və Allahın qoruduğu bu insan da düz 20 il ermənilərlədöyüşdü. Öz vəzifə borcunu namusla, qeyrətlə,kişi kimi yerinə yetirib təqaüdə çıxdı. Füzulinin tarixində hamı tərəfindənsevilən polis rəisləri elə də çox olmayıb. Onlardan biri də polis polkovnikiBinnət Məmmədovdu. O, indi təqaüdə çıxıb. Amma hər dəqiqə, hər an ürəyiFüzuliylə döyünür. Hətta balaca oğlunun adını Füzuli qoyub.

Bizonunla tez-tez zəngləşirik. Hər bayram ya o məni təbrik edir, ya da mən onu.Bayram günlərində müxtəlif saytlarda xəbərləri izləyirdim. Bir də gördüm ki,bir saytda yazılıb: "Sabiq polis rəisi koronavirusa yoluxub”. O dəqiqə ürəyimənəsə damdı. Dedim bu, yəqin mənim hansısa tanıdığım rəislərdən biridir. Xəbəri oxuyub başa çatandan sonra gözlərim doldu vəqəhər məni boğdu. Sən demə, koronavirusa yoluxan mənim yaxın dostum, Füzulirayonun sabiq rəisi, polis polkovniki Binnət Məmmədovmuş.

Elə həminan mobil telefonuna zəng çaldım. Telefon söndürülmüşdü. Bir neçə dostuma zəngvursam da, onlardan da Binnət müəllimlə bağlı bir xəbər ala bilmədim. Sonradostum, kordio-cərrah Rafiq Yusifliyə zəng elədim. O dedi ki, mənim də xəbərimvar. Deyirlər ki, xəstəxanadan çıxıb.

Bu xəbərieşidən yüzlərlə füzulili onun barəsində məlumat almaq istəyirdi. Eləsi də varidi ki, mənə zəng eləyirdi. Hamı da deyirdi ki, balam, bu Binnət müəllim çoxunayaxşılıq eləyən adamdı, noldu belə bu virus pis adamlara dəymədi, onu tutdu?!

... Fasiləvermədən hər gün ona zəng eləyirdim. Nə az, nə çox yüz dəfə mobil telefonuna zəngvurmuşdum. Üç-dörd gün bundan qabaq ya Allah deyib, yenə ona zəng çaldım.Telefon 4-5 dəfə çağırandan sonra onun səsini eşitdim.

- Binnətmüəllim, səni narahat eləyən Faiqdi.

-Qardaş, eşidirəm – dedi.

- Neçəgündür ki, səndən çox narahatıq. Füzulidən o adam yoxdur ki, narahat olmasın. SənAllah, durumun necədi?

- Beşgündür ki, xüsusi xəstəxanada yerləşdirilmişəm. İndi də sistemin altındayam. Sənbilirsən ki, mən 25 il ermənilərlə döyüşmüşəm. Onlar mənə bir şey eləyə bilməyib.İndi də koronavirusla mücadilə eləyirəm. Şəkərim və digər xəstəliyim olduğuüçün bir az çətindir. Amma dözməliyəm, başqa çıxış yolum yoxdu. Çünki mənidostlarım, tanışlarım və evdə doğmalarım gözləyir.

-Qardaş, səni çox yormaq istəmirəm. Allah sənə şəfa versin. Sən güclü adamsan. Güclüinsanlarsa bütün çətinliklərə üstün gəlir...

Birbalaca duruxdu və yenidən dilləndi:

- O qədərzəng eləyən var ki, çoxuna cavab verə bilmirəm. Baxdım ki, sənsən, telefonuaçdım. Mənim üçün narahat olanların hamısına salam söylə və de ki, tezliklə birbir yerdə olacağıq!

-Qardaş, hər səhər sənə və bütün xəstələrə Allah-Təaladan şəfa diləyirəm. Vəinanıram ki, sən tezliklə Allahın köməkliyi ilə ayağa qalxıb ailənəqovuşacaqsan.

Allahınsevdiyi adamları həmişə Allah özü qoruyur. Və Allah sevdiyi adamları həm də xəstəliklə,ehtiyacla, sıxıntıyla tez-tez sınağa çəkir. Görünür, Allah-Təala çox sevdiyipolis polkovniki Binnət Məmmədovu bu dəfə də sınağa çəkib. Ermənilərlə döyüşənvə həmişə onlara üstün gələn Binnət Məmmədovu Allahın köməkliyi ilə bu xəstəlikdə özünə təslim edə bilməyəcək, o ayağa qalxacaq və o, yenidən dostlarınınarasında olacaqdır.


TƏQVİM / ARXİV