adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Aprel 2020 12:38
21060
ŞOU-BİZNES
A- A+

Karantin günlərini maraqlı edən məşhurlar və paylaşımlar

Koronavirus səbəbindən dünyanın bir çox ölkəsində karantin rejimi elan olunub. Karantini evində keçirən məşhurlarımız bir-birindən maraqlı fotolarla sosial şəbəkə izləyicilərinin marağını öz üzərlərinə çəkə biliblər. Xüsusən müğənni Nadir Qafarzadə paylaşdığı foto ilə diqqət çəkib.


Adalet.az xəbər verir ki, müğənni sosial media hesabında öz fotosunu paylaşıb. Dəbdəbəli evində karantin günlərini keçirən Qafarzadənin bu fotosu izləyicilər tərəfindən suallarla qarşılanıb. Belə ki, izləyicilərdən biri onu tanımayaraq "Böyük oğlunuzdur? Necə də sizə oxşayır" şərhini yazıb.



 Digər izləyicilər isə fotodakının elə Nazir Qafarzadənin özü olduğunu bildiriblər. Müğənninin fotoda gənc görünməsi izləyicilərdə çaşqınlıq yaranmasına səbəb olub.


Çiçək ləqəbi ilə tanınan məşhur aparıcı isə Şəhla Vakkasın 19 il əvvələ aid fotosu ortaya çıxıb. Aparıcı instaqram hesabında fotonu paylaşaraq: "2001- ci il İstanbuldakı "Burc fm". Bakıdakı "Burc fm" yanmışdı deyə ora yollamışdılar ki, verilişi oradan apar. Onda disklə işləyirdik. Mən hələ sizə kasetlə işlədiyimiz vaxtları demirəm. Elə çətin idi ki, reklamları ard-arda vermək. Efirdə boşluq olmamalı idi". Foto izləyicilərin marağına səbəb olub. Aparıcının dəyişmədiyini qeyd ediblər.



Tanınmış müğənni Xatirə İslamın bacısı Günel onu sosial şəbəkədə biabır edib. O, Xatirənin şəklinin altına "Sənin o sinsi -sinsi baxışlarından və sakit durmağından çox qorxuram. Nəsə planlayırsan yenə? Görəsən nə?"


Qeyd edək ki, Günel həkimdir.

Müğənni Təranə Qumral həmkarlarından geridə qalmayıb. O da "evdəqal” paylaşımı ilə diqqət çəkib. Müğənni dəbdəbəli evdindən görüntüləri paylaşıb. Paylaşımı ilə qınaq obyektinə çevrilən müğənnini zövqsüz adlandırıblar, evini isə uşaq bağçasına bənzədiblər.

Əntiqə Rəşid