adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Aprel 2020 11:02
17893
SİYASƏT
A- A+

Ülvi Quliyevdən “Evdə qal” paylaşımı - VİDEO

Deputat Ülvi Quliyev sosial media hesabında maraqlı paylaşım edib.

Deputat paylaşımına "Səbr edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun!” şərhini yazıb.

Bakının bu günlərdə qərq olduğu sakitliyi əks etdirən videoda deyilir:

"Səbr elə, Azərbaycan! Yenə küçələr, parklar, şəhərimiz canlanacaq. Yenə hər kəs işinin başında olacaq. Bayrağımız başımızın üstündə dalğalanacaq. Yenə bütün dünya ölkəmizə toplaşacaq. Çünki biz Azərbaycanıq.

Doğmalarımızla bugünlərdə yan-yana gələ bilməsək də, onlarla eyni səma altında olduğumuzu düşünərək, sayılı günlərə səbr edək. Bütün gözəllikləri sevdiklərimizlə birlikdə yaşamaq, əzizlərimizə qovuşmaq üçün bir müddət daha evlərimizdə qalaq!”