adalet.az header logo
  • Bakı 13°C
06 Aprel 2020 09:42
12402
DÜNYA
A- A+

Trampdan koronavirus açıqlaması: “Tunelin sonundakı işığı görməyə başladıq”

ABŞ Prezidenti Donald Tramp koronavirusla bağlı vəziyyətdə "tunelin sonundakı işığı görməyə başladığını” açıqlayıb.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

ABŞ lideri yaxın gələcəkdə koronavirusla mübarizəyə yönəldilmiş fəaliyyətlərlə fəxr edə biləcəklərinə inandığını qeyd edib. O, Nyu-Yorkda COVID-19-labağlı ölümlərin sayında azalma müşahidə olunmasını yaxşı əlamət adlandırıb.

Qeyd edək ki, hazırda ABŞ-da yoluxma hallarının sayı 337 000-ə çatır. İndiyə qədər ölkədə koronavirusdan 9 618 nəfər dünyasını dəyişib. COVID-19-dan sağalanların sayı isə 18 000-ə yaxınlaşır.