adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Aprel 2020 22:40
11729
HADİSƏ
A- A+

Azərbaycanda daha iki nəfər koronavirusdan vəfat etdi - RƏSMİ + VİDEO

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib. Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib.

Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.