adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Aprel 2020 22:00
14846
DÜNYA
A- A+

ABŞ-dan PKK-ya korona yardımı - Qalmaqal

Koronavirus pandemiyası ilə əlaqədar ağır günlər yaşayan ABŞ PKK terror təşkilatına yardım göstərməyə davam edir.

Adalet.az Teleqraf.com-a istinadla xəbər verir ki, ABŞ-ın PKK-ya koronavirusa qarşı mübarizədə istifadə üçün əlcək, maska, cərrahi dəstlər və oksimetrlərdən ibarət 1,2 milyon dollarlıq tibbi ləvazimat göndərdiyi üzə çıxıb.

Göndərilən tibbi avadanlıqların Hasekə və Şadadidəki xəstəxanaların tibbi personalı, Suriya Demokratik Qüvvələri və həbsxanalarda çalışan təhlükəsizlik işçilərini qorumağa kömək edəcəyinə dair açıqlama yayılıb.