adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Aprel 2020 20:18
65122
MƏDƏNİYYƏT
A- A+

Füzuli Dövlət Dram Teatrı onlayn tamaşalar nümayiş etdirir

Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Füzuli Dövlət Dram Teatrı tamaşalarını onlayn nümayiş etdirir.

Mədəniyyət Nazirliyindən Adalet.az-a verilən məlumata görə, virtual repertuar əvvəlcədən tərtib olunub. Həmin repertuara əsasən tamaşaçılar teatrın rəsmi "Facebook” sosial şəbəkəsində təqdim olunan səhnə əsərlərini izləyə bilərlər.

Qeyd edək ki, repertuara E.Əfəndiyevin "Qatil”, A.Həsənoğlunun "Yaddaş”, H.Mirələmovun "Xəcalət”, Ə.Orucoğlunun "Nənənin kələyi”, Ş. Qurbanovun ”Olmadı elə, oldu belə”, M.F.Axundzadənin "Müsyo Jordan və "Dərviş Məstəli Şah tamaşaları daxildir.