Mübariz həqiqətənmi FETO-çudur? - Soner Yalçın yazır

26277 | 2020-04-06 09:12
Bu günlərdə koronavirus (cov-19) yazmayanı döyürlər!

Bu günlərdə Mübariz Mənsimov Qurbanoğlunun həbs olunmasını yazanı da döyürlər!

Bu həbs sıradan bir hadisədirmi? Bir-iki cümlə var idi xəbərlərdə: "FETO-çu şübhəlisi kimi həbs olundu. Təşkilatın bəzi adamları ilə telefon əlaqəsi aşkarlandı. Başqa məlumat yoxdur...

Bu azəri iş adamıyla şəxsi tanışlığım yoxdu... FETO ilə əlaqəsi var, ya yox, bilmirəm...

Oxuduqlarımdan anladığım budur:

Forbes jurnalına görə dünyanın ən varlı 500 milyarderi arasında göstərilən bir iş adamıdır. Şəxsi sərvəti 1 milyard yarım dollardır.

Əsl işi neft daşıyıcılığıdır. 129 tankeri var. Rus neftinin yarısını o daşıyırdı. Ən böyük müştərisi BP idi.

21 ölkədə ofisi olan 3 milyard dollarlıq "Palmali" şirkətlər qrupunun başçısı idi.

Trumpın and içmə mərasiminə dəvət edilən iş adamından danışırıq. İstanbulda "Trump Tower" binasının açılışında ilk müştərisi olub 8 mənzili alması ilə dəvət edilməsi arasında əlaqə varmı? İnanmıram. Xırda işlərdir bunlar!

Nələr almadı ki Türkiyədən:
Misal üçün, "Tekfen"in yarısına 520 milyon dollar verərək sahibi oldu.

Misal üçün, Yalıkavakdakı marinanı 42 milyon dollara kirayələdi. Müdiri Tolqa Ağar idi. Atası Mehmet Ağarı da bir şirkətinin başına gətirdi.

HSBC bankın olduğu Leventdəki binanı aldı. "Edition Hotel"ə çevirdi. İçində dünyaca tanınan restoran Cipriani və Billionaire Club olan bina o dövrlərdə çox populyar idi.

FETO bu işlərin harasında idi?

Ya da bu işlərin içində başqalarımı vardı?

Kimdir bu adam?

1968-ci ildə Bakıda doğuldu.

Atası liman işçisi, anası evdar xanım idi. Üç qızdan sonra doğulan ilk oğul övladı idi. Doqquz övlad oldular.

Atasının sənətindən dolayı dəniz sevdalısı idi. Hərbi məktəbdə oxudu. Bakı Dəniz Hərbi məktəbinin məzuni olduş

SSRİ dağılandan sonra ordudan ayrılıb 1 il yarım gəmilərdə işlədi. Və 1992-ci ildə üç ortaqlı 150 tonluq balıqçı qayığı kirayələyərək nəqliyat işinə girdi. Dalınca bir yük gəmisi də aldış

Bəzi türklər ilə ortaq oldu. Ərdoğan ailəsinin şirkəti BMZ Dənizçilik ilə ticarətə başladı. Kılıçdaroğlunun gündənə gətirdiyi Malta söhbətlərində adı hallandı.

Həyatından kitab çıxar...
28 min işçisi olan dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri kimi tanınan Palmalinin başçısıdır mövzumuz.

İl 2006. Türk vətəndaşlığına qəbul edildi.

Türk mediyasınada elə bir gün olmazdı ki, onunla bağlı xəbər çıxmasın:

- Mübariz polis bölməsi tikdirdi.
- Mübariz Mehmetçik Vəqfinə böyük məbləğdə pul bağışladı.
- Mübariz şəhid ailələrinə sahib çıxdı.

Türk mediyasının qəhrəmanı idi. Təəccübləndiyim isə bu gün həmin mediyanın onun həbsinə susqunluğudur!

Nə baş verir? Mübariz həqiqətənmi FETO üzvüdür?


Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV