adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Aprel 2020 16:36
11418
MƏMLƏKƏT
A- A+

FHN: Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) koronavirus (COVID-19) infeksiyası səbəbilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqəli video çarx yayımlayıb.

Adalet.az-ın məlumatına görə, FHN videonu "Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın" başlığı ilə paylaşıb.

"Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq",- deyə paylaşımda qeyd edilib.