Özü boyda ürəyi olan Adam

31316 | 2020-04-06 09:09
Deyilər ki, hər bir adamın ürəyi onun yumruğu boydadır. Lakin Onu tanıyandan bu fikrin yanlış olduğunu anlaım. Çünki, O, cılız bədəninin kiçik yumruğu boyda olan ürəyi ilə Tanrının qismətinə yazdığı taleyi yaşayammazdı, çətinlikərə sinə gərəmməzdi, ağrıları, acıları çəkəmməzdi, məşəqqətlərə dözəmməzdi.O boyda Millət sevgisi, Vətən yanğısı bir yumruq boyda ürəyə sığışammazdı. Yumruq boyda ürəyi olan adam yurd itkisiylə, on illik zindan əzabıyla, qardaş və ömür-gün yoldaşının ölümüylə, haqsız ittihamlarla 71 il yaşaya bilməzdi.

Söhbət milli azadlıq hərakatının liderlərindən biri, keçmiş Daxili İşlər naziri, polis general-leytenantı İskəndər Məcid oğlu Həmidovdan gedir.

Ona qarşı münasibət heç vaxt birmənalı olmayıb. Onun müsbət cəhətləri çox idi, hər bir insan övladı kimi qüsurlardan da xali deyildi. Həmişə diqqət mərkəzində olması səbəbindən daima müzakirə obyekti idi. Milyonlarla tərifləyəni olduğu kimi minlərlə tənqidçisi də varıydı, yüz minlərlə sevəni ilə yanaşı onlarla nifrət edəni də tapılırdı. Çılğınlığından, dəliqanlılığından doğan səhvləri də olurdu, lakin saflığı, millətçiliyi, vətənpərvərliyi bu səhvləri öz içində "əridirdi.”

O, bir çox ilklərə imza atdı:

Dünyanı lərzəyə salan nəhəng imperiyanın Daxili İşlər nazirinin müavininin görüşmək üçün ona uzatdığı qanlı əli sıxmaqdan imtina edən ilk milis zabiti.

Tabeliyində olan milislərlə (polislərlə) bir səngərdə daşnaqlara qarşı döyüşən ilk Daxili İşlər naziri. Onun nazir olduğu dövrdə milisin yalnız adı dəyişmədi, həm də ictimai rəydə milis (polis) haqqında streotiplər dəyişdi, polis öz xalqının namusunu qoruyan övladı oldu, xalqın polisdən qorunmasına ehtiyac qalmadı.

İşğalçılarla bilavasitə döyüşdə kürəyində mərmi qəlpəsi ilə zədə alan ilk nazir.
Cinayətkarlara qarşı əməliyyatlarda bilavasitə iştirak dən nazir.
Milli hissiyyatı ilə oynayan jurnalisti "samosud” edən nazir.
Baş nazirin iştirakı ilə keçirilən dövlət televiziyasının canlı efirinə çıxıb, verilişi dayandıran nazir.
Könüllü olaraq vəzifəsindən "Əcdadının qəbiri erməni dığasının atının tapdağında olan adam bir ölkənin Daxili İşlər naziri ola bilməz. Bu ona da, Dövlətinə də söyüş olar” deyə istefa edən nazir.
O millətini sevirdi, Oğrusunu da, kriminalını da, təki xalqına bağlı olsun.
O Vətənini sevirdi, ölkəsini qarış-qarış tanıyırdı. Ən ucqar kəndləri belə sanki xəritəyə baxırmış kimi sadalayırdı. İnanclı adam, namaz əhli olsa da, Şuşanı Məkkə sanırdı.
O dilini sevirdi, Allahı Tanrı çağırırdı.

Özünü dərk edəndən siyasi mübarizənin içində , daha sonralar önündə olsa da, heç vaxt siyasətçi olammadı. Xarakteri Ona şəraitə uyğun davranmağa, dəyişməyə imkan vermirdi. O, kiməsə yarınmağı bacarmırdı, düşündüyünü deyirdi, fikirləşdiyini edirdi. O başqalaşa bilmirdi...
O, O idi.. O, Özüydü... Özü boyda ürəyi olan İskəndər idi...
Mən onunla bir neçə dəfə telefonla, iki dəfə şəxsən görüşmüşəm.

Sonuncu dəfə görüşəndə müalicədən təzə qayıtmışdı. Qayğılıydı, fikri dağınıqdı, gözləri yol çəkirdi. Özümdən asılı olmayaraq əklə "Cənab General! Sən Kəlbəcərə xəyanət edə bilməzzsən! Qarabağı azad etmədən ölə bilməzzsən! Buna haqqın yoxdur!” Sözümün ağırlığından və səsimin tonundan utandım, əllərindən tutdum. Siqaret istədi, iki qullab aldı, öskürdü, yerə atdı. Qalxıb, "Sənə İstisuda qonaqlıq vermədən öldü yoxdu! Slovo Generala!” Hiss etdim ki, bu son görüş idi.

Çox keçmədən xəstələndi. Övladlarını tanımadığımdan Əvəz Zeynallının, Adil Qeybullanın f/b səhifəsi vasitəsi ilə səhhətindən məlumat alırdım. Dəfnindən gec xəbər tutdum. Xəstə olduğumdan iştirak edə bilmədim.

Dünyasını dəyişənə "Rahat uyu” deyərlər. Sağlığında qəlbi rahat olmayan bu adamın ruhu Qarabağ səmasında narahat-narahat gəzir, dolaşır. O Ruh Qarabağ azad olmadan, şəhidlərin qisası alınmadan rahatlıq tapa bilməz!

Əlvida demirəm, Hələlik deyirəm, cənab General! Görüş yerini dəyişmək olmaz. Yerini sən müəyyən etdin, vaxtını mən təyin edirəm: Bozqurdların ulartısı (nərəsi) Qarabağda çaqqallların ulaşmasını batıran günü İstisuda görüşənədək!

Yalnız ondan sonra Sənə "Ruhun şad olsun, rahat uyu, ey Millət sevdalı, Vətən həsrətli Dağlar oğlu” deyəcəyəm.

Təyyar Abbaslı

TƏQVİM / ARXİV