adalet.az header logo
  • Bakı 20°C
06 Aprel 2020 08:32
16003
GÜNDƏM
A- A+

Pablo Nerudanın Ermənistan təəssuratları

"Yerevanda heyvanat parkında əvvəl içində kondor olan qəfəsə tərəf yollandım, amma əzəmətli həmvətənim məni tanımadı. O qəfəsin uzaq küncündə əyləşib ətrafa bütün ümidlərini, xəyallarını əldən vermiş, Kordilyerin zirvələri üçün darıxan kondorlara xas olan inamsız nəzərlərlə baxırdı. Qotur kondorun halına acıdım. Mən vətənə qayıdacaqdım, o isə ömrünün sonunadək burda əsarətdə qalmalı idi. Tapirlə görüşümüz tamamilə başqa cür oldu. Yerevan zooparkı Amazon tapirinə malik olan tək-tük hevanxanalrdan biridir. Amazon tapiri öküz bədənli, iri burunlu, xırda gözlü kəlləsi olan qəribə heyvandır. Boynuma almalıyam ki, tapirlər mənə oxşayır”.

Heyvanxana və erməni yazıçıları

Şair təəsuratını bu fikirlərlə tamamlayır: "Günorta Ermənistan yazıçılar İttifaqının mənim şərəfimə təşkil etdiyi nahardakı təşəkkür nitqimdə tapirin qəhrəmanlıqlarından, heyvanlara məhəbbətimdən söz açdım. Mən heyvanxanaya getmək imkanından heç vaxt boyun qaçırmamışam."

Cavab nitqində yazıçılar ittifaqının sədri dedi:

- Heyvanxanada vaxt öldürmək Nerudanın nəyinə gərək idi? Elə birbaşa bizim yazıçılar ittifaqına gələ bilərdi. Ürəyi hansı heyvanı istəsə, burda tapardı- tülkü və suiti, qartal və ilan, dəvə və tutuquşu.”