adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Aprel 2020 11:49
23544
İDMAN
A- A+

Çeferin: Çempionlar Liqası avqustun 3-dən gec olmayaraq başa çatmalıdır

Futbol üzrə Çempionlar Liqasının finalı 3 avqustdan gec olmayaraq keçirilməlidir.

Bunu Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin deyib.

A.Çeferin bildirib ki, Turniri eyni formatda davam etdirmək və ya hər dəfə bir oyun keçirmək olar:

"Hal-hazırda, bütün bunlar bir nəzəriyyədir, çünki vəziyyət fövqəladədir, lakin Çempionlar Liqası avqustun 3-dən əvvəl başa çatmalıdır".

A.Çeferin qeyd edib ki, Çempionlar Liqası və Avropa Liqasının qalan matçlarını may, iyun və iyul aylarında necə keçirəcəyimiz üzərində işlər aparılır.