adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Aprel 2020 19:19
36930
KRİMİNAL
A- A+

Astara sakinindən narkotik vasitələr götürülüb

Astara rayonunun Şahağacı kənd sakini E.Nəsirovdan narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahağacı kənd sakini E.Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.