adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Aprel 2020 23:24
13091
DÜNYA
A- A+

İspanlar Meksikadan qayıtmaq istəyən rusları yenidən Meksikaya yolladılar

Madriddən keçməklə Meksikadan qayıtmaq istəyən altı rusiyalının başına qəribə iş gəlib.

Belə ki, onlar əvvəlcə Madrid aeroportunda təcridvəziyyətində qalıblar, sonra isə Rusiyaya göndərilmək əvəzinə yenidən Meksikaya deportasiya ediliblər.

Bu barədə "Baza” "Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, konsulluqda onlar üçün vəd olunmuş əlavə reysin göndərilməsinə vaxt çatmayıb. Meksikada isə onlarla necə davranılacağı bəlli deyil.

Əlbəttə, Rusiya vətəndaşlarının ölkəyə giriş üçün elektron icazələri olub, lakin o bir dəfə işləyir və əvvəlki səfərlərinə aid imiş.

Bir məsələ də var ki, Meksikada Şengen vizası keçərlidir. Bu səbəbdən onların heç olmasa aeroportdan çıxa biləcəyi ehtimal edilir.