adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Aprel 2020 22:33
12925
MƏMLƏKƏT
A- A+

Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

Bu gün Azərbaycanda maska qıtlığı var, amma bu problem yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Real” TV-nin efirində deyib.

O, bu qıtlığın yaranma səbəbini maskaya artan tələbatla izah edib.

İ.Məmmədov əlavə edib ki, bu gün Azərbaycanda koronavirusa yoluxanların sayında həndəsi artım müşahidə edilir.

NK rəsmisi ümid edir ki, aprelin 20-dək koronavirusla bağlı vəziyyətdə dönüş nöqtəsi yaranarsa, həmin müddətdən sonra məhdudiyyətlər azalar.