adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Aprel 2020 21:47
14073
DÜNYA
A- A+

İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

İtaliyada son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 766 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 14 681 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamenti xəbər yayıb.

Məlumatda bildirilib: "Hazırda koronavirusa yoluxanların sayı 85 388 nəfər təşkil edir".

Ölkədə ötən sutka ərzində 1 480 nəfər sağalıb, ümumilikdə sağalanların sayı 19 758 nəfərdir, yoluxanların ümumi sayı, ölü və müalicə olunanlar da daxil olmaqla, 119 827 təşkil edir.