adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Aprel 2020 20:19
18922
ŞOU-BİZNES
A- A+

Məşhur seriallarda rol alan türkiyəli aktrisa koronavirusa yoluxdu

Tanınmış türkiyəli aktrisa Cansın Çekili koronavirusa yoluxub.

"Hurriyet” xəbər verir ki, 31 yaşlı aktrisa bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

"20 gündən çox davam edən bronxit və allergiyadan sonra xəstəxanaya getdim və koronavirusa yoluxma halını müəyyən etmək üçün analiz verdim. Testin nəticələri müsbət çıxdı”.

Aktrisa əlavə edib ki, karantini ev şəraitində, öz otağına qapanmaqla keçirir.

Qeyd edək ki, C.Çekili "Erkenci kuş” və "Mucize doktor” seriallarında rol alıb.