adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Aprel 2020 19:28
13823
DÜNYA
A- A+

Koronavirus nəhayət ki, bu ölkəni də narahat etməyə başladı

Koronavirus epidemiyasınasaymazyana münasibəti ilə seçilən yeganə ölkə kimi gündəmə düşən Belarus da, deyəsən, yavaş-yavaş bu istiqamətdə fəaliyyət göstərməyə başlayır.

Belə ki, kənd təsərrüfatı ilə bağlı tədbirlərin birində ölkə prezidenti koronavirusdan danışıb.

Bu barədə "Sputnik” xəbər yayıb.

Bildirilir ki, Aleksandr Lukaşenko təhsil naziri ilə müşavirədən sonra tətil müddətini bir həftə uzatmaq qərarına gəldiyini deyib.

Bundan başqa, biznesə dəstək üçün təkliflər hazırlanmasını tapşırıb. Onun sözlərinə görə, "daxılı sındırmağın vaxtıdır”.

Bununla belə, hələ ki, kütləvi tədbirlərin keçirilməsi qadağan edilməyib.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusun qarşısını almaq üçün ölkə olaraq hər hansı tədbir görməyə ehtiyac olmadığını deyib.

"Olur belə şeylər. Əsas olan təşvişə düşməməkdir!” – deyə, Lukaşenko bildirmişdi.