adalet.az header logo
  • Bakı 7°C
03 Aprel 2020 19:12
35304
İQTİSADİYYAT
A- A+

Koronavirusla mübarizə yollarını araşdıran Virtual Hakatona yerli və beynəlxalq maraq artır

Koronavirus pandemiyası ilə mübarizə yollarını araşdıran Virtual Hakatona yerli və beynəlxalq səviyyədə maraq artır.

Adalet.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC -nin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə təşkil etdiyi virtual hakatonu dəstəkləyənlər çoxalır.

10-12 aprel tarixlərində onlayn şəkildə keçirilməsi nəzərdə tutulan hakatonun tərəfdaşları sırasında Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Paşa Bank, ABAD, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Məlumat Hesablama Mərkəzi yer alır.

Hakatona beynəlxalq müstəvidən Amazon Veb Xidmətləri, təcrübəli mentorlardan ibarət Meout təşkilatı, startup ekosisteminin tanınmış qurumlarından olan Startup Grind Tbilisi, Start-Ist və Avropa Startup Şəbəkəsi qoşulub.

Hakaton təhsil, səhiyyə, bizneslərə dəstək, turizm, məlumatlılığın artırılması və gündəlik xidmət tələbatlarının qarşılanması, sosial-humanitar kimi sahələrdə cari pandemiya ilə əlaqədar yaranmış təsirləri və fəsadları aradan qaldıran texnoloji həlləri bir araya yığmağı hədəfləyir.

Qeyd edək ki, hakaton qlobal səviyyədə keçirilir və bütün ölkələrdən iştirakçıların müraciəti üçün açıqdır. İdeyalar, elan edilən mövzular üzrə çoxillik təcrübəyə malik yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediləcək. Təklif olunan həll yolu- asan və tez tətbiq olunması, eləcə də çətinliyi effektiv və daha qənaətli şəkildə həll etməsi və digər meyarlara əsasən qiymətləndiriləcək.

Dünyanın müxtəlif ölkələrindən olan parlaq zəkalarla birgə hakatonda iştirak etmək üçünwww.hackcov19.comsaytında qeydiyyatdan keçərək ideyanızı təqdim edə bilərsiniz. Virtual hakatonun mükafat fondu 10.000 ABŞ dollarıdır.