adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Aprel 2020 16:25
11816
GÜNDƏM
A- A+

KİV əməkdaşı işə getmirsə, evi tərk etmək üçün icazə almalıdır? - VİDEO

"Kütləvi informasiya vasitələrinin nümayəndələri iş üçün evdən çıxarkən qeydiyyata düşməsinə ehtiyac yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, KİV nümayəndələri rahat şəkildə hərəkət edə bilərlər:

"Lakin hər kəs bilməlidir ki, qeydiyyata alınmış şəxslər yalnız öz fəaliyyət sahələri çərçivəsində hərəkət edə bilər. KİV-in əməkdaşı aptek və marketə gedən zaman SMS göndərib, cavab aldıqdan sonra yaşadığı evi tərk etməlidirlər. Çünki bu hal karantin rejiminin pozulmasıdır”.