adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Aprel 2020 16:10
7818
SAĞLAMLIQ
A- A+

ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi

Tibbi maskalar müdafiəyə zəmanət vermir və sağlam adamların onlardan istifadəsinə ehtiyac yoxdur.

"RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarik Yazareviç bəyan edib.

"Mövqeyimiz dəyişməyib… Simptomu olanlarbaşqalarının müdafiəsi üçün maska taxmalıdır. Həmçinin xəstələrə qulluq edən insanlar, məsələn, evdəmaska taxmalıdır”, - deyə, o bildirib.

Yazareviç vurğulayıb ki, maska özü-özlüyündə koronavirusa yoluxmadan xilas etmir.

ÜSTnümayəndəsinin sözlərinə görə, maskadan digər müdafiə tədbirləri ilə yanaşı istifadə edilməlidir.

"Problem bundadır ki, maska taxan insanlar təhlükəsizlikdə olduqlarını güman edirlər. Bu zamanəllərin yuyulması kimi başqa vacib tədbirləri unuda bilərlər”.

Oəlavə edib ki, maska taxılsa belə, üzə toxunmaqolmaz.