adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Aprel 2020 10:07
13291
DÜNYA
A- A+

Çində matəm elan edildi - Koronavirusa görə

Çin hökuməti aprelin 4-nü koronavirus epidemiyası qurbanlarının xatirəsinə ümumxalq hüzn günü elan edib.

Bu barədə TASS yerli televiziya kanallarına istinadən xəbər yayıb.

Çin Dövlət Şurasıpandemiya qurbanları ilə yanaşı, insanları xilas etmək üçün həyatlarını fəda etmişhəkimlər üçün də aprelin 4-nü matəm günü elan etməyi qərara alıb.

Şənbə günü ölkədə, o cümlədən, xarici diplomatik nümayəndəliklərin ərazilərində bayraqlar endiriləcək. Bütün əyləncəli sosial tədbirlər ləğv olunub.