adalet.az header logo
  • Bakı 16°C
02 Aprel 2020 20:12
14435
DÜNYA
A- A+

Kanadanın baş naziri: “Bizim üçün prioritet həkimlərimizin sağlamlığıdır”

Kanadanın federal hökuməti koronavirusla mübarizə aparan həkimlərin müdafiəsini təmin edən tibbi avadanlıqların alınmasına 2 milyarddollarməbləğində vəsait ayırıb.

"Ukrinform” agentliyi xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo açıqlama verib.

Baş nazir qeyd edib ki, Kanada hökuməti üçün tibb işçilərinin sağlamlığı və onların mühafizə edilməsi başlıca məsələdir.

Castin Trüdo vurğulayıb ki, bu günə qədər Kanadanın səhiyyə sistemində avadanlıqların çatışmazlığı müşahidə olunmayıb, lakin həkimlər COVID-19 epidemiyasının inkişafının ən pis ssenarilərinə hazır olmalı və qabaqlayıcı tədbirlərgörməlidirlər.