adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Aprel 2020 16:27
14328
MƏMLƏKƏT
A- A+

DİQQƏT! Sürücülər, sizin üçün

Deməli, sosial şəbəkələrdə belə bir skrin fırlanmaqdadır. İddia edənlər var ki, guya ELEKTRON protokolu özləri alıblar. Radar vasitəsi ilə yazılıb. Amma şəklini tələb edəndə, hamı geri addım atır ki, kimsə alıbmış- həmişəki kimi. İddia edirlər ki, guya radarlar elektron qaydada avtomobillərə cərimə yazır, 2111-ci maddə ilə.

Özlərinə belə bir şeyin mümkün olmadığını və belə bir qərarın mövcud olmadığını desəm də, hər halda dəqiqləşdirdim.

SUAL: "Sosial şəbəkələrdə belə bir protokol yayımlanıb ki, 211-ci maddə ilə avtomobillərə radarlar elektron protokol göndərir? Bu nə dərəcədə doğrudur?"- sualı ilə həm DİN-i, həm də BŞBPİ Kamran müəllimlə danışdım.

CAVAB: Belə bir qərar yoxdur. Elektron şəkildə bu, yazıla bilməz. Vətəndaşı ancaq patrul saxlayıb sorğu-sual etdikdən sonra, əgər müəyyən olunarsa ki, əsassız yerə küçədədir o zaman cərimə yazıla bilər. 211-ci maddə ilə. Heç bir halda elektron şəkildə cərimə yazıla bilməz. Bu məlumatların heç bir əsası yoxdur."

Hazırladı: Əzizə İsmayılova