adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Aprel 2020 16:52
9468
GÜNDƏM
A- A+

Sahil Babayevə müavin təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəkadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Hidayət Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müavini təyin edilib.

O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyib.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov saytımıza təsdiq edib.