adalet.az header logo
  • Bakı 6°C
02 Aprel 2020 16:07
32428
İQTİSADİYYAT
A- A+

Problemli kreditlərlə bağlı verilən kompensasiyanın məbləği açıqlandı

2019-cu ildə problemli kreditlərin həlli ilə bağlı 600 min vətəndaşa 640 milyon manata yaxın kompensasiya ödənilib.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyəti ilə bağlı hesabatında yazılıb.

135 min borcalanın 269 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib.

Silinən faiz və dəbbə pullarının həcmi 205 milyon manatdan çox olub.

42 min borcalanın kreditləri tam bağlanıb. 2019-cu ilin sonuna bank sektorunun vaxtı keçmiş kreditlərinin portfeldəki payı 2018-ci ilin sonu ilə müqayisədə, 3,9 bənd azalaraq, 8,3 faiz təşkil edib.

Ümumilikdə isə, problemli kreditlərlə bağlı tədbirlər 735 mindən çox şəxsi əhatə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ilin 28 fevralında "Azərbaycanda Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.(oxu.az)