adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Aprel 2020 12:02
13699
GÜNDƏM
A- A+

Asif RÜSTƏMLİ: AĞDAMA GEDƏN YOL...

Bu şəkil 2 il əvvəl aprel (nisan) ayında Ağdama gedən yolun üstündə, qarşımıza çıxan "Təhlükəsizlik kirpiləri"nin önündə çəkilib. Arxa planda Qarabağın dağlıq hissəsi, erməni işğalı altında olan ərazilərimiz görünür. Dünən (1 aprel) ad günü olan Millət vəkili Aqil Abbasın təşəbbüsü ilə bura xalq yazıçısı Anar müəllim, Rəşad Məcid, Ənvər Əhməd, xalq şairi Fikrət Qoca, Xəyal Rza və b.gəlmişdik. Qara bəxtli Ağdama - şəhid şəhərə təsəlli üçün görkəmli söz adamları söz tapıb deyə bilmədi... Bu gün eşitdim ki, cəsur əsgərlərimiz öz sözünü ləyaqətlə, şücaətlə, mətanətlə deyib - Ağdama gedən yolu xeyli qısaldıblar. Həsrətin yolunu qısaltdıqca - sevincin ömrü uzanar... 

02.04.2016