adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Aprel 2020 22:43
14854
GÜNDƏM
A- A+

Putinlə Ərdoğan arasında telefon danışığı aparılıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriya böhranının nizamlanması, o cümlədən İdlibdə vəziyyəti sabitləşdirmək üçün Rusiya-Türkiyə razılaşmalarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat ximdəti bildirib.

Bildirib ki, Suriya böhranının nizamlanmasına dair məsələlər, o cümlədən İdlib zonasında vəziyyətin sabitləşdirilməsi üçün 5 mart 2020-ci il tarixli Rusiya-Türkiyə razılaşmalarının icrası ilə bağlı geniş fikir mübadiləsi davam edib. Telefon danışığı zamanı Liviya məsələsinə də toxunulub.

Tərəflər, həmçinin koronavirus pandemiyasının yayılması ilə mübarizə istiqamətində görülən tədbirlər barədə bir-birlərini məlumatlandırıblar və Rusiya vətəndaşlarının Türkiyəyə qayıtmasını təmin etmək sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər:

"Koronavirus pandemiyasının yayılması ilə əlaqədar vəziyyət nəzərdən keçirilib. Dövlət başçıları bir-birlərinə bu infeksiyaya qarşı mübarizə tədbirləri barədə məlumat verdilər. Türkiyədəki Rusiya vətəndaşlarının vətənlərinə qayıtmalarının təmin edilməsində əməkdaşlığa xüsusi diqqət yetirilib".