adalet.az header logo
  • Bakı 13°C
03 Aprel 2020 08:48
29552
ŞOU-BİZNES
A- A+

Məşhurların “EVDƏQAL” əyləncələri... kim, harda, nə vaxt, nə edir?

Tədqiqatçılar hazırda düşünür ki, koronavirusa yoluxmuş hər 1000 nəfərdən 5-lə 40 arasında adam, daha yaxşı təxmin ilə hər 1000 nəfərdən 9-u və ya təxminən 1 faizi ölümlə üzləşəcək. Bu risqi yaşamaq istəməyən hər kəs özünü qorumalı evdən bayıra cıxmamalıdır. Bu karantin dövrü hesab olunur və vətəndaşlar özlərinin- yaxınlarının xatirinə EVDƏQAL xəbərdarlığına uymaq məcburiyyətindədirlər. Belə bir karantin dövründə məşhurlarımızın nə işlə məşğul olduğunu öyrənmək ücün internet üzərindən balaca bir araşdırma apardıq.


Adalet.az xəbər verir ki, sevilən müğənni Gülay Zeynalova sosial media hesabında video paylaşıb. Müğənninin paylaşdığı videolarda müğənninin qızı ilə vaxt keçirdiyi görüntülənib. Koronavirusla əlaqədar məktəblərin bağlanması və artıq məktəblilərin dərslərinə evdə davam etməsinə görə Gülay da gündəlik vaxtının çoxunu övladına sərf edir. Onunla birlikdə tapşırıqlar edir, oyunlar oynayır, mətbəx işləri ilə məşğul olur.

Tanınmış müğənni Nura Suri evindən video paylaşıb.İfaçı balaca oğlunun idman edərkən çəkdiyi görüntüləri sosial şəbəkə hesabında yayıb. Onun bu videosu marağa səbəb olub.


Xalq artisti Mələkxanım Əyyubova da oğlu Cəfərin fotosunu paylaşıb.

Xalq artisti oğlunu ad günü münasibəti ilə təbrik edib. O fotoya belə şərh verib:
"Canım oğlum, Cəfərim, yubileyin mübarək! Sənə sağlam ömür arzu edirəm".
Qeyd edək ki, Mələkxanım Əyyubovanın iki oğlu, iki qızı var.



"Evdə qalıram, amma özümə baxıram. Saçlarımın qaynağın çıxardım, qulluq edirəm. Üzümə makiyaj etmirəm. İmanımdan da qalmıram".

Bu sözləri Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişində deyib. Aktrisa efirə zəng edərək, koronavirus infeksiyasından qorunmağından danışıb:



"Evimə heç kimi buraxmıram. Qızım dərsləri onlayn alır. Evdə köməkçim var, marketə bircə o gedir. Onu da özüm aparıram, kənarda dayanıram, o, alış-veriş edir.Vitaminli qidalar qəbul edirəm. Spirtim əlimdən düşmür. Qohumlarla ancaq görüntülü danışırıq".


Evli-uşaqlı müğənnilərdən kecid alaq subaylara... Müğənni Aysun İsmayılova maraqlı paylaşımı ilə diqqət çəkib. instaqram hesabında fotosunu paylaşan Aysun sevgilisinə ismarıc yollayıb. Belə ki, o, fotonu paylaşaraq: "Mən özümü səndə itirmişəm...başqası çətin tapar" şərhini yazıb.

Foto izləyicilərin marağına səbəb olub. Onlar Aysunun yazdığının sevgilisinə aid olduğunu vurğulayıblar.

Avroviziya təmsilçilərimizdən olan Səmra Rəhimli "Instagram” hesabında küçədə rəqs etməsinipaylaşıb.

Səmra boş qalan Bakı küçələrində rəqs edib. O, rəqsini "Onlar adımı bilir, amma məni tanımırlar. Şahzadə... Karantində” şərhi ilə paylaşıb.

Müğənninin hərəkəti izləyiciləri tərəfindən tənqidlə qarşılanıb. Hamı onu evdə qalmağa səsləyib.

Bundan sonra Səmra paylaşımının şərhini dəyişərək belə yazıb:

" İki ay əvvəl parklara, küçələrə ancaq video və şəkillərdə baxacağımız ağlımıza gəlməzdi. Koronavirusdan dünya xilas olsun, çıxaq gəzək”.

Beləcə məhşurlarımız cansıxıcı ev günlərini maraqlı etməkdə israrlıdırlar... Evdəqalın!

Əntiqə Rəşid